Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət yaratdı

0

  •                    Tarix dahi şəxsiyyətləri tək-tək yetişdirir.
    Heydər Əliyev o şəxsiyyətlərdəndir ki, bu cür şəxsiyyətlər tək-tək olur. O,
    təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının sərkərdəsi, şəxsiyyətli siyasi
    xadimi idi. Onun səlist danışığı, natiqliyi hamını heyran edirdi. Azərbaycan
    tarixində öz siyasi yeri olan Heydər Əliyev xalqımız, millətimiz üçün misilsiz quruculuq
    işləri görmüşdür. Demək olar ki, Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycanı
    bütün dünyaya tanıtdı.

            XX
    əsrdə Azərbaycan iki dəfə dövlət müstəqilliyini elan etmişdir. 1918-1920-ci
    illərdə mövcdu olmuş Azərbaycan Xalq Cumhuriyyətinin ömrü cəmi 23 ay sürmüşdür.
    1991-ci ildə yenidən müstəqilliyini əldə edən Azərbaycanda onun qorunub
    saxlanılması heç də asan olmamışdır.

              80-ci illərin ikinci yarısında Sovet
    İmperiyasının iqtisadi, siyasi və mənəvi həyatında böhranqabağı vəziyyət
    yaranmışdır. Milli respublikalarda milli özünüdərk, hüquqların tapdalanmasına,
    sərvətlərin talan olmasına əlamətləri güclənməkdə idi.

           1993-cü
    ildə oktyabrın 3-də Azərbaycan xalqı Heydər Əliyevi alternativ əsasda səs
    çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu seçkilər bütün
    Azərbaycan xalqının Heydər Əliyevə böyük ümidlər bəslədiyini, inandığını bir
    daha nümayiş etdirdi. Yenədə torpaqların düşmənə verilməsi ilə ölkədə siyasi
    böhran yaranacağına, hakimiyyət çevrilişi olacağına ümid edənlərin və
    hakimiyyəti ələ keçirmək istəyənlərin cinayətkar satqınlığı nəticəsində 1993-cü
    ilin yayında və payızında Azərbaycanın ərazi bütövlüyünə yeni zərbələr vuruldu.
    Azərbaycan Prezidenti Heydər Əliyevin uğurlu diplomatiyası, milli ordunun
    güclənməsi nəticəsində düşmən və onun havadarları artıq münaqişənin zorakı
    vasitələrlə həll etmək cəhdlərinin perspektivsizliyini dərk edirdilər. 1994-cü
    il mayın 12-də cəbhələrdə atəşkəsə nail olundu.

           Azərbaycan dövlətçiliyinin bərpa və inkişaf
    etdirilməsinə, içtimai-siyasi sabitliyinin, ərazi bütövlüyünün təmin olunması
    kimi mürəkkəb işə dövlət intizamının, qanunçuluğun, hüquq-mühafizə
    orqanlarının, ordunun daha da möhkəmləndirilməsindən başlandı.

    Venera
    Rəsulova,

    Xocalı
    rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib65 dəfə
    Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət yaratdı

    Maraqlı gələ bilər
    58
    0